Bakı. Trend:
İrlandiya hökuməti mayın 22-də Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcək.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumatına görə, Baş nazir Simon Harris və xarici işlər və müdafiə naziri Mixol Martin bu səhərə planlaşdırılan media çıxışı zamanı qərarı açıqlayacaqlar.
Daha əvvəl M.Martin "Newstalk" radiosuna müsahibəsində demişdi ki, İrlandiya bu ayın sonuna qədər Fələstin ərazilərini müstəqil dövlət kimi tanımaq niyyətindədir.