...

Aİ Belarusa ikili təyinatlı məhsulların ixracını qadağan edəcək

Dünya xəbərləri Materials 23 May 2024 10:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Belarusa ikili təyinatlı məhsul və texnologiyaların ixracını qadağan edəcək.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ hərbi məqsədlərlə istifadə oluna biləcək texnologiya və məhsulların Belarusa və ölkə vasitəsilə ixracını qadağan etməyi planlaşdırır. Bundan başqa, Belarusdan almaz idxalının da qadağan olunacağı bildirilib.

Qeyd olunub ki, qadağalar Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək məqsədi daşıyır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti