Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron İsrail Müdafiə Qüvvələrini Rafahdakı məcburi köçkünlərin düşərgəsinə hava hücumu ilə bağlı sürətli, hərtərəfli və şəffaf araşdırma aparmağa çağırıb.
Trend xəbər verir ki, o, bu barədə özünün “X” sosial media səhifəsində yazıb.
Devid Kemeron, yenidən döyüşlərə fasilə verilməsini də tələb edib.
“Bu həftəsonu Rafaha hava hücumlarından sonra dərin kədərli mənzərələrlə qarşılaşdıq. İsrail Müdafiə Qüvvələrinin təhqiqatı sürətli, hərtərəfli və şəffaf olmalıdır”, - deyə o, bildirib.
Qeyd edək ki, İsrail mayın 27-nə keçən gecə Rafahda məcburi köçkünlərin yaşadığı düşərgə ətrafına raketlər atıb və nəticədə böyük partlayışlar baş verib. 45 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu Rafahda çoxlu məcburi köçkün fələstinlinin ölümünə səbəb olan zərbəni “faciəli qəza” adlandırıb.