...

Tailand hökuməti BRİKS-ə üzv olması ilə bağlı niyyət məktubu layihəsini təsdiqləyib

Dünya xəbərləri Materials 28 May 2024 20:42 (UTC +04:00)

Bakı. Trend:

Tailand hökuməti ölkənin BRİKS-ə üzv olması ilə bağlı niyyət məktubu layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

"BRİKS-ə qoşulmaq gələcəkdə mühüm iqtisadi və siyasi rol oynamaq üçün inkişaf etmək potensialına malik olan inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığı gücləndirməklə Taylandın beynəlxalq arenadakı rolunu artırmağa kömək edəcək", - deyə bildirilib.

Qeyd olunub ki, BRİKS-ə qoşulmaq Taylandın inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrin mühüm rol oynadığı yeni dünya nizamının yaradılmasında iştirak etmək imkanlarını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti