...

Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir

Dünya xəbərləri Materials 29 May 2024 11:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir.

Trend xəbər verir ki, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bu barədə "X" sosial şəbəkəsində yazıb.

Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin, Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb.

Qeyd edək ki, mayın 27-də Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb.

Xəbər lenti

Xəbər lenti