Bakı. Trend:
İstanbulun Küçükçekmece qəsəbəsində hotelə atılan əl qumbarası atılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlum olub ki, hotelə əl qumbarasını yetkinlik yaşına çatmamış uşaq atıb. Onun hadisə yerinə oğurladığı motosikletlə gəldiyi müəyyən edilib.
Qumbara partlamayıb, lakin hoteldəki bir nəfər əl qumbarasını atan uşağa silahla atəş açıb. Yaralanan uşaq xəstəxanaya yerləşdirilib.