...

İsrail Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər dayanmayacaq - Yaron Finkelman

Dünya xəbərləri Materials 14 İyun 2024 16:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər dayanmayacaq.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun cənub qərargahının rəisi, general-mayor Yaron Finkelman Qəzza zolağının cənubunda Rəfahda İsrail ordusunun hərbçilərinə baş çəkərkən deyib.

"Gələcək planımız aydındır. Qüvvələrin və komandirlərin keyfiyyətini nəzərə alaraq, hədəflərimizə nail olanadək irəliyə doğru hərəkət edəcəyik", - o deyib.

Qeyd olunub ki, Finkelman general İtsik Kohenin briqadasının 162-ci diviziyasının komandiri və Qəzza zolağının cənubunda hərbi əməliyyatlar keçirən briqadaların komandirləri ilə qiymətləndirmələr aparıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti