...

Çin ABŞ-nin sərmayə məhdudiyyəti planına etirazını bildirib

Dünya xəbərləri Materials 24 İyun 2024 13:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Pekin ABŞ hökumətinin Çinə sərmayə qoyuluşunu məhdudlaşdırmaq planına sərt etirazını bildirib.

Trend xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin məsələyə dair açıqlamasında Birləşmiş Ştatların bu addımının Çin və ABŞ şirkətləri arasında normal iqtisadi-ticari əməkdaşlığa mənfi təsir edəcəyi, beynəlxalq iqtisadi və ticarət nizamını pozacağı qeyd olunub.

"ABŞ tərəfi bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət prinsipinə hörmət etməli, iqtisadi və ticari məsələlərin siyasiləşdirilməsini dayandırmalı, Çinə investisiya yatırımlarına məhdudiyyətləri aradan qaldırmalı, Çin ilə ABŞ arasında işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmalıdır", - deyə Kommersiya Nazirliyinin açıqlamasında vurğulanır.

Qurum ABŞ-nin bu cür addımlarına cavab hüququna malik olduğunu da bəyan edib.

Qeyd edək ki, iyunun 21-də Birləşmiş Ştatların Xəzinə Departamenti ABŞ şirkətlərinin Çinə sərmayə yatırımlarına məhdudiyyət tətbiq edə biləcətyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti