...

Aİ daha bir ermənini “qara siyahısı”na daxil edib

Dünya xəbərləri Materials 24 İyun 2024 16:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı “Life” layihəsinin yaradıcısı, “News Media” nəşriyyatının baş direktoru erməni Aram Qabrelyanovu sanksiyalara məruz qalanların “qara siyahısı”na daxil edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fərman Aİ-nin rəsmi jurnalında dərc olunub.

Qeyd edilib ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yayır.

"Aram Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti