...

İranda sükut günüdür

Dünya xəbərləri Materials 27 İyun 2024 09:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 28 iyunda keçiriləcək növbədənkənar prezident seçkiləri namizədlərinin təbliğat-təşviqat kampaniyası başa çatıb.

Trend-in məlumatına görə, İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur.

Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası 9 iyunda başlamışdı.

Sabah (28 iyun) İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq.

Sabah keçiriləcək prezident seçkilərində 5 namizəd rəqabət aparacaq.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti