...

Ermənistan xarici işlər naziri Nyu-Yorka getdi

Dünya xəbərləri Materials 15 İyul 2024 14:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.

Trend xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.

Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti