...

"Telegram" fırıldaqçılara qarşı mübarizəni gücləndirir

Dünya xəbərləri Materials 20 İyul 2024 10:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Telegram" fırıldaqçılıqla mübarizə çərçivəsində ictimai hesabların qeydiyyata alındığı ölkə və ay haqqında məlumatları göstərəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə messencerin həmtəsisçisi Pavel Durov "Telegram" kanalında məlumat paylaşıb.

"Tezliklə "Telegram" qeydiyyat ayını və ictimai hesabların əsas ölkəsini göstərməyə başlayacaq", - Durov yazıb.

O qeyd edib ki, messencer fırıldaqçılara qarşı mübarizəni gücləndirir. Durovun sözlərinə görə, bu tədbirlər "Instagram"da həyata keçirilən tədbirlərə bənzəyir.

Bundan əlavə, "Telegram" təşkilatlara kanalları yoxlamaq üçün mini proqramlardan istifadə etməyə imkan verəcək. Bu məqsədlə "Telegram" daxilində ayrıca mərkəzləşdirilməmiş bazar yaradılacaq.

"Web3" səhifələrini dəstəkləyən proqramdaxili brauzer və mini proqramlar mağazası da işə salınacaq.

Xəbər lenti

Xəbər lenti