...

ABŞ-da atışma olub, ölən var

Dünya xəbərləri Materials 22 İyul 2024 01:44 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Filadelfiya şəhərində atışma olub.

Trend xəbər verir ki, hadisə gecə saatlarında 100-dən çox adamın qatıldığı məclisdə baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Filadelfiya polisinin açıqlamasına əsasən, atışmada bir neçə silahlı şəxs iştirak edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti