Bakı. Trend:
İsrail Qəzza zolağının Xan-Yunis şəhərində humanitar zonanın boşaldılmasını tələb edib.
Trend xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb İsrail hərbçilərinin əraziyə yeni zərbələr endirməyə hazırlaşmasıdır.
Xan-Yunisin şərq məhəllələrininin sakinlərindən qonşu Əl-Məvasi bölgəsindəki humanitar zonaya köçmələri tələb olunub.
