Bakı. Trend:
ABŞ prezidenti Co Bayden və İordaniya Kralı II Abdullah telefonla Qəzza zolağında yeni atəşkəs razılaşmasının əldə edilməsi üçün çoxtərəfli səyləri müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin yaydığı yazılı açıqlamaya görə, "Prezident Kral Abdullahı atəşkəs və girovların azad edilməsi razılaşmasının təmin edilməsi üçün davam edən səylər, həmçinin atəşkəs dövründə [fələstinlilərə] humanitar yardımın çatdırılması üçün hazırlıqlar barədə məlumatlandırıb". Ağ Evdə qeyd etdilər ki, liderlər daha sonra İordan çayının qərb sahilindəki vəziyyəti və Prezident Baydenin islahat çağırışı və Fələstin xalqının rifahı naminə işləmək üçün maliyyə imkanlarına malik olmasını təmin etməklə Fələstin Milli Administrasiyasının həyat qabiliyyətini gücləndirmək səylərini müzakirə etdilər.