Bakı. Trend:
Avropa İttifaqında (Aİ) fentanilin artması regionda yeni “qara vəba”ya səbəb ola bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.
O qeyd edib ki, təəssüf Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib. Onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib.