...

Türkiyənin tekstil məhsulları ixracı 6 milyard dollara yaxınlaşıb

Dünya xəbərləri Materials 5 Avqust 2024 19:43 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 5 milyard 418 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 799 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 15,1 faiz çoxdur”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyul 2024) Türkiyə 9 milyard 473 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti