Bakı. Trend:
Paris Yay Olimpiya oyunlarında İndoneziyanın badminton üzrə komandasının meneceri qarət olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, avtomobildən komandaya məxsus 62 min dollar dəyəri olan çanta, bank kartları və idmançıların sənədləri oğurlanıb.
Qeyd edək ki, bu, Paris Yay Olimpiya oyunlarında baş vermiş ilk belə hal deyil. Braziliya, Argentina və İsveçrə heyətinin üzvləri də bənzər hallarla üzləşiblər.