...

İran Haniyyənin öldürülməsinə cavabın vaxtında veriləcəyinə ümid etdiyini bildirib

Dünya xəbərləri Materials 10 Avqust 2024 04:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hakimiyyəti Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavabın vaxtında veriləcəyinə və Qəzza zolağında atəşkəs danışıqlarına təsir etməyəcəyinə ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunub.

"Bizim özünümüdafiə üçün qanuni hüququmuz var və bu, Qəzzada atəşkəs prosesi ilə bağlı deyil. Bununla belə, ümid edirik ki, cavabımız vaxtında olacaq və mümkün atəşkəsin əldə olunmasına zərər verməyəcək", - deyə bildirilib.

İran vurğulayıb ki, onun prioriteti Qəzzada davamlı atəşkəsə nail olmaqdır və HƏMAS-ın qəbul etdiyi istənilən razılaşma Tehran tərəfindən dəstəklənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti