Bakı. Trend:
İrəvanın “Zvartnots” hava limanında Braziliya vətəndaşı ölüb.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, 30 yaşlı Lukas Araujolima gömrük əməkdaşları ilə mübahisə nəticəsində kəskin ürək çatışmazlığından ölüb.
İlkin ehtimalla Ermənistan gömrükçüləri onu əlində olan kimyəvi mayeni içməyə məcbur ediblər. Saxlanılarkən o gömrük əməkdaşlarına həmin mayenin şərab olduğunu bildirib.
Qeyd edilir ki, onun səhhəti məhz bundan sonra pisləşib. Braziliyalı xəstəxanaya çatdırılsa da, yolda keçinib.
Ermənistanın İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.