...

Etna vulkanı yenidən fəallaşdı

Dünya xəbərləri Materials 16 Avqust 2024 16:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib.

Məlumata görə, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb.

Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və toz dumanı hava nəqliyyatına da mənfi təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti