...

Ermənistan bütün növ gəmirici və meymunların idxalına qadağa qoyub

Dünya xəbərləri Materials 22 Avqust 2024 18:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan avqustun 21-dən etibarən bütün növ gəmiricilərin və primatların ölkəyə gətirilməsini qadağan edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.

"Meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə avqustun 21-dən Ermənistan Respublikasının ərazisindən bütün növ gəmiricilərin və bütün növ primatların ölkəyə gətirilməsi və tranzit daşınması qadağan edilib", - məlumatda deyilir.

Qərar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəqiqləşdirmələr verilənə qədər qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti