...

Robert Kennedi ABŞ-də seçkiqabağı kampaniyasını dayandırdığını açıqlayıb

Dünya xəbərləri Materials 24 Avqust 2024 00:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi seçkiqabağı kampaniyasını dayandırdığını elan edib.

Trend-in məlumatına görə, bu barədə o, tərəfdarlarına müraciətində bildirib.

Robert Kennedi əlavə edib ki, o Respublikaçı Donald Tramp və onun Demokratik rəqibi Kamala Harris arasında əsas mübarizənin baş verəcəyi 10 əsas ştatda R.Kennedinin adının səsvermə bülletenindən çıxarılmasını xahiş edəcək.

"Mən artıq bu prosesə başlamışam və seçicilərdən xahiş edirəm ki, orada mənə səs verməsinlər", - deyə müstəqil namizəd qeyd edib.

O, həmçinin ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti