Bakı. Trend:
Polşa müdafiə nazirinin müavini Sezari Tomçik ölkənin hibrid müharibə vəziyyətində olduğunu bildirib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
“Bu gün Polşada qarşılaşdığımız faktiki hibrid müharibədir. Biz birbaşa deyə bilərik ki, Polşa bu gün müharibə, lakin hibrid müharibə vəziyyətindədir”, - nazir müavini qeyd edib.
O, bunun təsdiqi kimi Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya hava şarlarını göstərib.