Bakı. Trend:
"Meta" şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.
"Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək - 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi", - Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.
ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır.