...

Almaniyada qadın avtobusdakı insanlara hücum etdi

Dünya xəbərləri Materials 31 Avqust 2024 04:12 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın qərbində yerləşən Zigen şəhərində (Şimali Reyn-Vestfaliya) qadının avtobusda bıçaqla hücumu nəticəsində ən azı beş nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.

Qeyd olunur ki, hadisə saat 19:40 (Bakı vaxtı ilə 21:40) radələrində baş verib. Üç nəfərin vəziyyəti ağırdır. Polisin məlumatına görə, avtobus Zigen şəhərində keçirilən şəhər festivalına gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğunu hesab etmirlər. Qadın saxlanılıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti