Bakı. Trend:
Onlar şəhərin mərkəzi küçələrindən birində nəqliyyat vasitələrinin hərəkətinə mane olublar.
Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanları mətbuata açıqlamasında bildirib. Finlandiya paytaxtının polisi şəhərin mərkəzi küçələrindən birində avtomobillərin hərəkətinə mane olan Elokapina hərəkatının (Extinction Rebellion beynəlxalq hərəkatının strukturu) 57 ekoloji fəalını saxlayıb.
Hal-hazırda avtomobillərin hərəkəti bərpa olunub.
İstintaq hərəkətləri başa çatdıqdan sonra saxlanılan şəxslər sərbəst buraxılacaq.
Elokapina hərəkatı sentyabr ayı üçün bir neçə "Qaynama nöqtəsi" etirazı elan edib. İlk aksiya sentyabrın 3-də baş tutub. Kampaniyaçılar hökuməti ekoloji cəhətdən zərərli subsidiyalara son qoymağa və İqlim Aktı və Paris Sazişini pozmasına son qoyaraq iqlim böhranına görə məsuliyyəti öz üzərinə götürməyə çağırırlar. Növbəti aksiyalar sentyabrın 7 və 27-nə planlaşdırılıb.