...

Gürcüstanda siyasi partiya fəalları arasında mübahisə ölümlə bitdi

Dünya xəbərləri Materials 5 Sentyabr 2024 13:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın qərbində, İmereti rayonunun Qequti kəndində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası ilə əsas müxalifət partiyası hesab olunan "Vahid Milli Hərəkat"ın fəalları arasında baş vermiş mübahisə ölümlə nəticələnib.

Trend xəbər verir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş zamanı müxalifət partiyasının fəalı Roland Nutsubidze “Gürcü arzusu”nun Qequtidəki qərargahına soxularaq orada qərargah üzvlərini təhqir edib, dava salıb. Mübahisə zamanı hakim partiyanın üzvü Ermil Qiqiadzenin səhhəti pisləşib və o, hadisə yerində ölüb.

Polis faktla bağlı araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti