Bakı. Trend:
Argentina Kənd Təsərrüfatı Cəmiyyətinin (La Sociedad Rural Argentina) sədrinə göndərilmiş içərisində partlayıcı maddə olan bağlamanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, TN telekanalına istinadən bu barədə Buenos-Ayresin təhlükəsizlik naziri Valdo Volf məlumat verib.
Nazir bildirib ki, hadisədən sonra yanğın siqnalı işə düşüb. Qız yüngül qol xəsarəti alaraq xəstəxanaya aparılıb, partlayışdan yaranan tüstü səbəbindən isə daha üç nəfər boğulub. Hadisə yerində olan insanlar dərhal təxliyə edilib.