Bakı. Trend:
Qırğızıstanın Balıqçı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, həmçinin, “Axtarış” və “Eşelon” xüsusi təlimləri başlayıb. Təlimlərə 1,500-dən çox hərbçi və 200-dən çox hərbi texnika cəlb edilib.
Trend bu barədə Qırğızıstan KİV-ə istinadən xəbər verir.
Təlimlərin planına əsasən, hərbi qulluqçular Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə hazırlıq və birgə əməliyyat keçirəcəklər.
Qeyd edək ki, təlimlər üç mərhələdə keçiriləcək. Bunlara Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan hərbçiləri, həmçinin, KTMT Katibliyi və Birləşmiş Qərargah nümayəndələri daxildir. Ümumilikdə 1500-dən çox hərbi qulluqçu və 200-dən çox hərbi texnika, o cümlədən 10-a yaxın aviasiya texnikası və bir çox dəniz gəmisi cəlb olunub.