Bakı. Trend:
Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı oldu.
Trend yerli HaberGlobal-a istinadən xəbər verir ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin açılış mərasimi başlayıb. Tədbirdə Türkiyənin milli təhsil naziri Yusuf Tekin və azərbaycanlı həmkarı Emin Əmrullayev çıxış ediblər.
Onlar nitqlərində Türkiyə və Azərbaycan arasında qardaşlığa diqqət çəkiblər. Azərbaycanlı nazir həmçinin dəhşətli zəlzələ ilə əlaqədar Türkiyəyə kömək etmə üçün ölkəmizin əlindən gələn hər şeyi etdiyini vurğulayıb.