Bakı. Trend:
İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Məcid Taxt-Rəvançi “X” sosial şəbəkəsində məlumat verib.
Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edən erməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığını bildirib.
M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.