Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin heyətinin yeni ştat sayını müəyyən edib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, 16 sentyabr tarixli fərmana əsasən, orduda indi 2,389,130 nəfər olacaq, bunlardan 1,500,000 nəfəri isə hərbi qulluqçular təşkil edəcək.
Hökumət, Silahlı Qüvvələrin sayının artırılması üçün Müdafiə Nazirliyinə federal büdcədən müvafiq vəsait ayrılmasını təmin etməlidir.
Fərman bu il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Putin əvvəllər ordunun ştatını iki dəfə artırmışdı; son mobilizasiya elanından əvvəl Silahlı Qüvvələrin sayı 1,9 milyon nəfərdən 2,04 milyon nəfərə, hərbi qulluqçuların sayı isə 1,2 milyon nəfərə çatdırılmışdı.