Bakı. Trend:
"Air France" və "Lufthansa" aviaşirkətləri Tel-Əvivə uçuşları dayandırdıqlarını açıqlayıblar.
Trend-in məlumatına görə, uçuşların dayandırılması təhlükəsizlik ilə bağlı vəziyyətə görədir.
"Air France" bölgədə vəziyyətin gərginləşməsi təhlükəsi səbəbilə Beyruta da uçuşları cümə axşamına qədər dayandırıb.
Bu açıqlamalar sentyabrın 14-də Livanda peycerlərin partlaması nəticəsində, son məlumatlara görə, 11 nəfərin ölməsi və 4 min nəfərin yaralandığından sonra edilib.