Bakı. Trend:
Livanda rabitə qurğusunun “peycer” partlaması nəticəsində yaralanan İranın Beyrutdakı səfiri Muctaba Amani bu gün müalicəsini davam etdirmək üçün Tehrana aparılıb.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, İran səfiri ilə yanaşı, rabitə qurğularının partlaması nəticəsində yaralanan daha 94 nəfər İrana aparılıb. Onların müalicəsi İranda davam etdiriləcək.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.