Bakı. Trend:
İsrail hərbi hava qüvvələrinin Beyrutun cənub ətrafına təşkil etdiyi reyd zamanı "Hizbullah" elit silahlılarının "Radvan" bölməsinin ən azı altı komandiri öldürülüb.
Trend-in məlumatına görə, bu barədə "MTV" televiziya kanalı xəbər verib.
Məlumatına əsasən, onlar hamısı "Hizbullah"ın hərbi rəhbəri İbrahim Akil tərəfindən keçirilən əməliyyat qərargahının iclasında iştirak ediblər. Daha əvvəl verilən məlumata görə, o, İsrailin hava hücumu nəticəsində həlak olub.
Livan təhlükəsizlik mənbəsi telekanala bildirib ki, İsrail təyyarələri Əl-Qaim məhəlləsində 7 mərtəbəli binanın qarajına və iclasın keçirildiyi yerin altındakı hərbi bunkerə dörd raket zərbəsi endirib.