Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı İranın İsrail ərazisinə kütləvi raket buraxılışına necə və nə vaxt cavab veriləcəyi ilə bağlı növbəti məsləhətləşmələr raundunu keçirir.
Trend-in məlumatına görə, bu barədə "Channel 12" televiziya kanalı xəbər verib.
Kanalın mənbələrinə görə, cavab "sərt" olacaq və yaxın günlərdə həyata keçiriləcək.
Qeyd olunub ki, İsrail tərəfi fəaliyyət üçün “çoxlu sayda mümkün variantları” araşdırır.
İsrailin öz planlarını ABŞ prezidenti Co Bayden administrasiyası ilə əlaqələndirdiyi bildirilib.