...

La-Manş boğazını keçmək cəhdində olan iki yaşlı uşaq və üç böyük həyatını itirib

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki yaşlı bir uşaq da daxil olmaqla dörd miqrant, Fransadan Böyük Britaniyaya La-Manş boğazını keçmək istəyərkən, oktyabrın 4-dən 5-nə keçən gecə iki ayrı insident nəticəsində həyatını itirib.

Trend xəbər verir ki, hər iki insident nəticəsində bir uşaq, 30 yaşlarında iki kişi və bir qadın qayıqda sıxlıq səbəbindən həlak olub. Bundan əlavə, 17 yaşlı bir qız keçid zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fransanın daxili işlər naziri Bruno Retaillot X sosial platformasında bir uşağın “qayıqda tapdalanması” ilə baş verən “dəhşətli faciə”yə görə dərin kədərini ifadə edib. “Bu insanların qanı qaçaqmalçıların əlindədir”, - deyə o, vurğulayıb və hökumətin, “bu ölümcül keçidlərdən pul qazananlara” qarşı mübarizəsini gücləndirəcəyini bildirib.

Qeyd edək ki, bu il ərzində La-Manş boğazı vasitəsi ilə sərhədi keçməyə çalışan 51 nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti