Bakı. Trend:
Pekin Pxenyanla strateji əməkdaşlığı və dostluq mübadiləsini dərinləşdirməyə hazır olduğunu bildirir.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreya (KXDR) lideri Kim Çen Inə Çin ilə KXDR arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə teleqramda bildirib.
"Çin KXDR ilə birgə strateji əməkdaşlıq və koordinasiyanı gücləndirmək, dostluq mübadiləsi və əməkdaşlığı dərinləşdirmyə <...> hazırdır", - deyə bildirilib.
Si Cinpin qeyd edib ki, Pekin Pxenyanla birlikdə “iki ölkənin xalqlarının rifahı naminə sosialist işinin davamlı və uzunmüddətli inkişafını təşviq etməyə” hazırdır.