...

Bu aviaşirkət İrana bütün uçuşları ləğv edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 20:37 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dubayın (BƏƏ) "Emirates" aviaşirkəti İrana və əks istiqamətə olan bütün reysləri ləğv edib.

Trend xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, hava yolları şirkəti regiondakı vəziyyəti yaxından izləməyə davam etdiyini və proseslərlə bağlı müvafiq orqanlarla əlaqə saxladığını bildirib.

Aviaşirkət vurğulayıb ki, reyslərin ləğvi qərarının əsas səbəbi İran-İsrail gərginliyinin pik həddə olmasıdır.

Xəbər lenti

Xəbər lenti