...

Biz müharibə vəziyyətinə tamamilə hazırıq - Əraqçı

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 17:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın maraqlarını qorumaq üçün heç bir qırmızı xətləri yoxdur.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“ABŞ İsrailə rekord miqdarda silah tədarük edib. İndi onlar öz əsgərlərini Amerika raket sistemlərinə nəzarət etmək üçün İsrailə göndərməklə onların həyatını riskə atacaqlar. Biz son günlər regionumuzda genişmiqyaslı müharibənin qarşısını almaq üçün böyük səylər göstərmişik. Aydındır ki, xalqımızı və maraqlarımızı qorumaqda qırmızı xətlərimiz yoxdur”, - o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə bir neçə plan hazırlayıb.

Xəbər lenti

Xəbər lenti