Bakı. Trend:
Hazırda olan məlumatlar sübut edir ki, “Gürcü arzusu” böyük fərqlə inamlı qələbəni artıq təmin edib.
Trend xəbər verir ki, bunu “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri İrakli Kobaxidze deyib.
“Bununla belə, bizim daha yüksək ambisiyamız var, konstitusiya çoxluğu əldə etmək istəyirik, bu da indiki mərhələdə təmin olunmur”, - deyə o bildirib.
İrakli Kobaxidze vətəndaşları fəal olmağa çağırıb.