...

Fransada ukraynalı qaçqınları sosial evlərdən çıxarmağa başlayıblar

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 08:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Qrand Est bölgəsindəki ukraynalı qaçqınlar yerli hakimiyyət orqanlarından sosial evləri tərk etmələri tələb edən məktublar almağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə “Le Monde” qəzeti yazır.

Məqalədə qeyd olunur ki, qaçqınlara ilk mesajlar sentyabrın sonunda göndərilməyə başlanıb. Onlardan bu ilin oktyabrın 31-dək mənzilləri tərk etmələri xahiş olunur.

Nəşr məktublardan birindəki ifadəyə görə, “peşəkar inteqrasiya və muxtariyyətin genişləndirilməsi üçün lazımi addımlar ölkədə qlobal inteqrasiyanı təmin etmək üçün kifayət qədər tamamlanmayıb.”

Jurnalistlər eyni zamanda, son vaxtlar Avropa ölkələrində ukraynalı qaçqınlara dəstəyin zəiflədiyini vurğulayırlar. Bu, xüsusilə Macarıstan, Hollandiya, Norveç və Çexiya ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti