Bakı. Trend:
"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə istehsalçı şirkət "SpaceX" xəbər verib.
"22 Starlink peykinin orbitə çıxarılması təsdiqləndi", - deyə bildirilib.
Məlumata əsasən, raket ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasındakı 40-cı buraxılış kompleksindən şənbə günü Şərqi Sahil vaxtı ilə saat 17:47-də buraxılıb.