...

Özbəkistanda parlament seçkilərində səsvermə sakit şəraitdə keçirilir - məntəqə sədri

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 13:09 (UTC +04:00)
Özbəkistanda parlament seçkilərində səsvermə sakit şəraitdə keçirilir - məntəqə sədri
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanda parlament seçkilərində səsvermə sakit şəraitdə keçirilir.

Bu barədə Trend-ə açıqlamasında Daşkənd şəhərindəki Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunda yerləşən 23 saylı seçki məntəqəsinin sədri Baxriddin Mukimov deyib.

"Məntəqədə səs verməyi planlaşdıran 2717 vətəndaş qeydiyyatdadır. Bu günün bazar günü olmasına baxmayaraq, insanlar hələ də fəal şəkildə səs verməyə gəlirlər", - deyə o bildirib.

Onun sözlərinə görə, insanlar seçki məntəqələrinə bayram əhval-ruhiyyəsində gəlirlər. Vətəndaşların sakit və rahat səs vermələri üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti