Bakı. Trend:
Avropa İttifaqına gələcəkdə tam hüquqlu Avropa kəşfiyyat xidmətinin yaradılması üçün Avropa kəşfiyyat strukturlarını tədricən gücləndirmək tövsiyə olunub.
Trend-in məlumatına görə, bu barədə Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö tərəfindən təqdim edilən Avropa İttifaqının mülki və hərbi hazırlığı haqqında hesabatda deyilir.
O, hesabatı Avropa Komissiyasının sədri Ursula fon der Leyenin xahişi ilə hazırlayıb.
S.Niinistö bu məqsədə çatmaq üçün "İnteqrasiya edilmiş Kəşfiyyat Qiymətləndirmə Bacarığını (SIAC) gücləndirməyə və təkmilləşdirməyə" çağırıb.
Onun fikrincə, “(Avropa) Komissiyasının müvafiq xidmətləri və onların nəzarəti altında olan Aİ agentlikləri də daxil olmaqla, SIAC məhsulları üçün məlumat ehtiyaclarının və sorğularının vaxtında yerinə yetirilməsini təmin etmək üçün strukturlaşdırılmış və əlaqələndirilmiş proses" təmin edilməlidir.