...

Blinken İsrail hakimiyyətini Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmağa çağırıb

Dünya xəbərləri Materials 2 Noyabr 2024 03:40 (UTC +04:00)
Blinken İsrail hakimiyyətini Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmağa çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrailin strateji işlər naziri Ron Dermer ilə Qəzzada humanitar vəziyyəti, eləcə də regionda gərginliyin azaldılması üçün lazımi addımları müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"O (Blinken) Qəzzadakı ağır humanitar vəziyyəti müzakirə edib, vəziyyəti yaxşılaşdırmaq üçün atılan addımları nəzərdən keçirib və mülki şəxslərə yardımı artırmaq üçün əlavə tədbirlər görməyə çağırıb", - deyə qeyd olunub.

ABŞ dövlət katibi və İsrail naziri regionda gərginliyin azaldılması üçün lazımi addımları da müzakirə ediblər.

"Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının və bütün girovların evlərinə qaytarılmasının, eləcə də idarəçiliyi, təhlükəsizliyi və yenidən qurulmasını təmin edən münaqişədən sonrakı yolun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti