Bakı. Trend:
Almaniya kansleri Olaf Şolz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı apararaq geosiyasi çağırışlar və ikitərəfli əlaqələri müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadən xəbər yayıb.
“Kansler, Almaniya hökumətinin iki ölkə arasında onilliklərdir davam edən uğurlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Həmçinin, Avropada sülhün bərqərar olması üçün birgə işləmək barədə razılığa gəliblər”, - Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib.