...

İstanbulda spirtli içkidən 46 nəfər zəhərlənib - 17-si ölüb

Dünya xəbərləri Materials 4 Dekabr 2024 15:24 (UTC +04:00)
İstanbulda spirtli içkidən 46 nəfər zəhərlənib - 17-si ölüb
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Şişli, Beyoğlu, Fatih, Kağıthane, Esenyurt, Ümraniye, Üsküdar və Bakırköy rayonlarında saxta spirtli içkidən zəhərlənmə ilə əlaqədar xəstəxanalara müraciət edən 46 nəfərdən 17-si həyatını itirib, 22 nəfərin müalicəsi davam edir, 7 nəfər isə evə buraxılıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxta spirtli içkiləri satdığı müəyyən edilən 19 şübhəli saxlanılıb.

Saxlanılanlardan 8-i məhkəməyə göndərilib və həbs olunub. Polis araşdırmaları isə davam edir.

Qeyd edək ki, Türkiyədə saxta içkidən zəhərlənmə halları əvvəllər də baş verib.

Mütəxəssislər və rəsmi qurumlar vətəndaşları lisenziyasız və mənşəyi məlum olmayan içkilərdən uzaq durmağa çağırıb. Saxta içkilərin tərkibindəki metanol kimi zəhərli maddələr ciddi sağlamlıq problemlərinə və ölümlərə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti