Bakı. Trend:
Gürcüstanda polis, müxalif "Vətəndaşlar" partiyasının rəhbəri Aleko Elisaşviliyi, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edərək döydüyü üçün saxlayıb.
Trend-in məlumatına görə, bu barədə yerli "İmedi" telekanalı məlumat yayıb.
İnformasiyaya görə, hücum Tbilisidə aptekdə baş verib. Elisaşvili, siyasi şüarlar səsləndirərkən Babayevə hücum edib. Nəticədə, Babayev xəstəxanaya yerləşdirilib, lakin sonradan evə buraxılıb.
Bu, Elisaşvilinin insanlara qarşı ilk hücumu deyil. Daha əvvəl, o, parlamentdə çıxışı zamanı "Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze ilə dava etmişdi.